2022-ci il Beynəlxaq Qadınlar Günü dayanıqlı inkişafa çatımaq üçün qadınların innovativ təşəbbüslərinin onların iqtisadi inkişafında davamlılığın təminatındakı, həmçinin, iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətini vurğulayır. Bu xüsusda, 2 gün keçirilən multidisiplinar festivalın əsas məqsədi qadınların dayanıqlı təşəbbüslərini və sahibkarlıq fəaliyyətini dəstəkləmək, həmçinin, mövcud fəaliyyətlərin davamlılığının təmin olunması üçün bilik və bacarıqlarını artırmaqla yanaşı dəstək mexanizmlərinin genişləndirilməsinə təkan verməkdir.
Festivalın açılış mərasimində Gender Hub Azerbaijan sosial platformasının həmtəsisçisi Məryəm Məcidovanın layihə haqqında qısa çıxışının ardından Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMT-nin Bakı ofisinin Tərəfdaşlıq və İnkişaf üzrə Maliyyə Mütəxəssisi Şəms Mustafayeva, Paşa Holding-in Korporativ Sosyal Məsuliyyət və Brendinq üzrə Mütəxəssisi Günel Hüseynova və BMTİP-nin Layihə Meneceri Vüsalə Qarayeva çıxış etmişdir.
PAŞA Holding-in Baş Korporativ Kommunikasiya mütəxəssisi Aytac Muxtarzadə qadın sahibkarlığı mövzusunun həm ölkə, həm də qlobal səviyyədə aktual və PAŞA Holding-in KSM strategiyasının önəm verdiyi sahələr sırasında olduğunu bildirib. “Hazırkı tədbiri dəstəkləməkdə şirkətimizin məqsədi, qadın sahibkarlara öz məhsullarını təqdim etmək üçün imkan yaratmaq, onları mövzu üzrə müvafiq bilik və bacarıqlarla təmin etmək, eləcə də bu xanımları sahibkarlıq fəaliyyəti ilə maşğul olmayan xanımlara nümayiş etdirməklə, sonuncuları sahibkarlıq fəaliyyətinə başlamağa motivasiya etməkdir” deyə A.Muxtarzadə vurğulayıb.
Bakı və regionlardan ümumilikdə 65 sahibkarın və 300-ə yaxın şəxsin iştirakçılığı ilə baş tutan festivalda qadın sahibkarların məhsullarının satışı ilə yanaşı, paralel olaraq, “Bu günün gender bərabərliyi dayanıqlı sabahımızın təminatı” mövzusunda ADA Universitetinin dekanı Anar Vəliyev, Avropa Şurasının Bakı ofisinin Layihə Rəhbəri Pərvanə Bayramova, MC Kinsey & Co Qlobal İdarəetmə Konsaltinq şirkətinin Müştəri Əlaqələrinin Rəhbəri Natavan Məmmədova və Kommunikasiya və Davamlı İnkişaf Meneceri, Holcim Azərbaycan & ‘’Yuva’’ QHT-sinin həmsədri Rəna Tahirovanın iştirakı ilə panel müzakirə ilə yanaşı Dance Ability Azerbaijan platformasının təsisçisi Nigar Sultanova tərəfindən “Bədənsəl təcəssüm praktikası” istiqamətində vörkşop həyata keçirilmişdir. Daha sonra isə iştirakçılar və sahibkarların maraqlı tərəflərlə şəbəkələşmə görüşü baş tutmuşdur.
6 mart tarixində isə Niderland Krallığının Azərbaycandakı Səfiri Paulin Eyzemanın açılış nitqi ilə festivalın 2-ci günü baş tutmuşdur.
Festivalın 2-ci günündə “#StereotipləriQıraq: Azərbaycanda peşəkar gender stereotipləri ilə mübarizə” mövzusunda DİM5 üzrə Gənc Səfir Səadət Ağayevanın moderatorluğu ilə multimedia artisti və ”VARYOX” platformasının təsisçisi Sitarə İbrahimbəyli, blogger və gender aktivisti Vafa Ali, DİM15 Səfiri Gülsarə Qasımova, foodblogger və influnser Nigar Əsgərova, Femtech platfromasının təsisçisi Nəzrin Quluzadə və BUTA Art & Sweeets-in təsisçisi Sara Rəcəblinin iştirakı ilə panel müzakirə ilə yanaşı Sosial Hüquqlar Mərkəzinin SMM Hüquqşünası İnara Camalın fasilitatorluğu ilə “Sahibkarlıq fəaliyyətinin qanunvericilikdə tənzimi” mövzusunda seminar, ardınca isə xüsusi əyləncə proqramı həyata keçirilmişdir. Həmçinin, festivalda fotoqraf REZA və KOBİA nümayəndləri kimi məşhur qonaqlarda iştirak etmişdir.