Bakıda yarımtikilidə yanğın söndürülüb –FOTO

Bakıda yarımtikilidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın Abbas Səhhət küçəsində yerləşən Baku Inn Hotellə üzbəüz yarımtikilidə qeydə alınıb.

FHN-in Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.

Hadisənin elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verdiyi qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə
Sonrakı məqalə

2021-ci ildə paytaxtda qeydə alınan cinayətlərin sayı artıb