Bakıdan rayonlara avtomobillərin buraxılmaması böyük tıxac yaratdı- FOTO

Sərtləşdirilmiş karantin rejimindən əvvəl Bakı şəhəri və Abşeron rayonunda qeydiyyatda olan bəzi şəxslər rayonlara buraxılmaması Bakı-Şamaxı yolunda böyük tıxaca səbəb olub.

Trend-in məlumatına görə, rayonlara getmək istəyən şəxslər geri qaytarılır və bu səbəbdən yolda uzun tıxac yaranıb.

Qeyd edək ki, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildrimişdi ki, Sərtləşdirilmiş karantin rejimindən əvvəl Bakı şəhəri və Abşeron rayonunda qeydiyyatda olan bəzi şəxslər rayonlara getmək istəyirlər.

Onun sözlərinə görə, Bakı, Abşeron və ya Sumqayıt qeydiyyatı olan şəxslər karantin postlarından rayonlara buraxılmayacaqlar: “Karantin postları həmin şəxsləri geri qaytaracaq. Ona görə də heç kim digər rayonlara getməyə cəhd etməsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda son sutkada “COVİD-19″dan 71 nəfər vəfat edib

Sonrakı məqalə

Nazirlik: