Bakının Baş Planının layihəsi hökumətə təqdim olunacaq- Gələn ilin sonunda

Bakının Baş Planının hazırlanması prosesi 2020-ci ilin sonuna qədər davam edəcək. Razılaşdırılmış layihə gələn ilin sonunda təsdiq edilmək üçün hökumətə təqdim olunacaq.

Trend-in məlumatına görə, bunu Bakı şəhərinin Baş Planı üzrə yanaşmaların müzakirəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev deyib.

Onun sözlərinə görə, Bakının Baş Planın hazırlanması ilə bağlı 4 əsas prioritet qəbul olundu. Əsas istiqamətlərdən biri çoxmərkəzli şəhərin olması yanaşmasıdır. Bunun da məqsədi Bakının mərkəzinə olan yükü azaltmaqdır: “Bu gün tarixi mərkəzlə yanaşı, ənənəvi mərkəz də var. Yanaşmalar əlavə və alt mərkəzlərin yaradılmasını nəzərdə tutur”.

A.Quliyev bildirib ki, bu gün Bakının bir tarixi mərkəzi mövcuddur. Əsas priotitet istiqamətlərdən biri Bakını tarixi irsi nəzərə almaqla inkişaf etdirməkdir.

Komitə sədrinin müavini əlavə edib ki, Bakının Baş Planın hazırlanması ilə bağlı digər yanaşma nəqliyyat infrastrukturu ilə bağlıdır:”Metro gündəlik həyatımızda çox əhəmiyyətlidir. Səmərəli iş nəticəsində irəli sürülən təkliflər əsasında stansiyaların sayı, onların açılma ardıcıllığında prioritetləşdirmə apardıq. Bakı Metropolitenin, Bakı şəhərinin inkişafı ilə bağlı daha səmərəli nəticə əldə etdik”.
A.Quliyev deyib ki, əsas priotitetlərdən biri dayanıqlı inkişafı təmin etmək üçün Bakıda bir qədər çirklənmiş ərazilərin sağlamlaşdırılmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səbailin icra başçısı Baş Nazirə müraciət etdi

Sonrakı məqalə

Tramp Şükranlıq günü ərəfəsində iki hinduşkanı əfv edib