Bal arıları da xəstəlik zamanı sosial məsafəyə riayət edir

01 Noyabr 2021 - 09:33

London Universiteti alimləri bal arılarının da sosial məsafəyə riayət etdiyini bəyan ediblər.

Onlar bu qaydanın yalnız pətəklərin müxtəlif parazitlər tərəfindən təhlükə altına alındığı zaman tətbiq edildiyini bildiriblər.

Araşdırmanın gedişində sağlam və xəstəliyin yayıldığı pətəklərdəki arıların davranışları müqayisə olunub. İkinci halda həşəratların öz aralarında sosial məsafə saxladığı müəyyən edilib.

Belə ki, onlardan bir çoxu adətən arı kaloniyasının mərkəzində etdikləri hərəkətləri xeyli aralı məsafələrdə təkrarlayır, həmçinin toplayıcı arılar pətəkdən bir müddət uzaq gəzərək xəstəliyin yeni törəmiş gənc nəslə keçməsinin qarşısını almağa çalışırlar.