Bananı necə yemək lazımdır?

Maksimum fayda əldə etmək üçün bananları düzgün yemək lazımdır.

Azpost.info-nun məlumatına görə, “Belnovosti.by” portalı ekspertlərə istinadən yazır ki, bunun üçün ən azı yeddi qayda var.

Əvvəlcə bananı yaxşıca yumaq lazımdır, çünki qabığın səthində toksinlər ola bilər. Sonra bananların qabığı soyulmalıdır. Ancaq ağ sapları qırıb atmayın, çünki onların tərkibində çoxlu faydalı maddələr var. Yaşıl bananları seçmək daha yaxşıdır – onların tərkibində daha az şəkər və daha sağlam davamlı nişasta var.

Həmçinin, bananları acqarına və ya yeməkdən dərhal sonra yeməməlisiniz, çünki bu, həzm problemlərinə səbəb ola bilər.

Bananı çiy halda yemək məsləhətdir. Çünki onu bişmiş halda yemək tərkibində qida maddələrinin 60%-ni məhv edir. Əgər kefirlə banan yeyirsinizsə, o zaman mədə -bağırsağı normallaşdırır.

Ekspertlər deyirlər ki, banan həm də pis əhval-ruhiyyədən  və depressiyadan çıxmağa kömək edir. Çünki onların tərkibində “xoşbəxtlik hormonu” serotoninin istehsalı üçün lazım olan çoxlu triptofan var.

Əvvəlki məqalə

“Youtube” Rusiyanın məşhur müğənnilərinin kanallarını silib

Sonrakı məqalə

Britaniyanın müdafiə və ədliyyə nazirləri seçkidə məğlub olub –