Baş Prokurorluq və Daxili İşlər Nazirliyi məlumat yaydı

Prokurorluq və polis orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri – gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmasıdır. Belə ki, 06 avqust 2021-ci il tarixdə 1960-cı il təvəllüdlü Xanımqız Bədəlovanın Kürdəmir şəhəri, Soltan Şıxəliyev küçəsində yerləşən evində üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş kompleks istintaq hərəkətləri, o cümlədən əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslə uzaq qohumluq əlaqəsi olan Rəfael Cəfərov 5 avqust 2021-ci il tarixdə Xanımqız Bədəlovanın evinə gələrək öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə sonuncunun yatmasını gözləyib, Xanımqız Bədəlovanın yatdığına əmin olduqdan sonra çəkiclə onun baş nahiyəsinə çoxlu sayda zərbələr endirərək qəsdən öldürüb və zərərçəkmişin çantasında olan 115 manat məbləğində pulu götürərək özgə əmlakını gizli yolla talayıb.

Rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rəfael Cəfərəov Kürdəmir rayonu ərazisində saxlanılaraq istintaq orqanına təhvil verilib.

Rəfael Cəfərov Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 177.2.5-ci (zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla oğurluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Biz sülh danışıqlarına başlamağa və sülh müqaviləsi imzalamağa hazırıq” –

Sonrakı məqalə

Neft Fondu 10 ayda “Şahdəniz”dən yarım milyard dollar gəlir əldə edib