Baxmut rus silahlı qüvvələrinin ətçəkən maşınına çevrilib.
UNİAN-ın verdiyi məlumata görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi mayın 24-də keçirdiyi brifinqdə bildirib.
ABŞ Maliyyə Naziri ölkədə iyunun 1-dək defolt təhlükəsinin olduğunu
“(Baxmut üzərində) bu hücum əslində Rusiyaya çox baha başa gəldi. Və dediyim kimi, müəyyən bir şəkildə onlar üçün bir ətçəkən oldu” – Ağ Ev nümayəndəsi bildirib.
Kirbi bildirib ki, Vaşinqtonun mayın əvvəlində Baxmutda rus itkiləri ilə bağlı elan etdiyi təxminlər doğrudur. Lakin o vaxtdan bəri ruslar hər gün daha da güclərini itirirlər.