Bayden 80 yaşını evdə qeyd edəcək

ABŞ prezidenti Co Bayden ad gününü bazar günü, noyabrın 20-də ailəsi ilə qeyd etmək niyyətindədir.

Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pier cümə günü keçirdiyi növbəti brifinqdə bildirib.

“Birinci xanım bazar günü prezidentin ad gününü ailəsi ilə qeyd etmək üçün səhər yeməyi hazırlayacaq. Adətən bunu Şükran günündən əvvəl çərşənbə günü qeyd edirlər. Amma həftə sonu ailəsi burada olduğunda birlikdə qeyd olunacaq”– deyə o, jurnalistin sualını cavablandırıb.

Noyabrın 20-də Baydenin 80 yaşı tamam olacaq. Şükranlıq günü ABŞ-da bu il noyabrın 24-də qeyd olunur.

Əvvəlki məqalə

Yevlaxda ər 22 yaşlı arvadını iplə boğaraq öldürüb

Sonrakı məqalə

2023-cü ildə Avropada səyahət etmək üçün ən ucuz ölkələr –