“Silah lobbisinə qarşı hərəkətə keçməliyik. Biz müqəddəs amallar naminə özümüzə sual verməliyik ki, nə zaman silah lobbisinin qarşısını ala bilərik. Bunu etməyin vaxtıdır”.
TASS agentliyi bildirir ki, bunu ABŞ Prezidenti Co Bayden Texas ştatının Yuvalde şəhərindəki ibtidai məktəbdə baş verən atışma ilə bağlı Ağ Evdə çıxışı zamanı amerikalılara müraciətində bildirib.
ABŞ prezidentinin sözlərinə görə, ölkədə fəaliyyət göstərən hər bir məmura lobbiyə qarşı hərəkətə keçməyin vaxtı çatdığını başa salmaq lazımdır. Sadəcə, 18 yaşlı bir gəncin mağazada iki silah ala bilməsi düzgün deyil. Ötən iki onillikdə istehsalçılar bu silahları fəal şəkildə təbliğ etməklə böyük qazanc əldə edirlər. Bunun qarşısını almaq üçün cəsarətli olmalıyıq.
Prezident atışma zamanı həlak olanların ailələrinə başsağlığı verib.