Bayden bu milyarderi Ukraynanın bərpası üçün xüsusi nümayəndə təyin edib

Keçmiş ticarət naziri Penni Pritzker ABŞ-ın Ukraynanın bərpası  üzrə xüsusi nümayəndə təyin olunub.

Azpost.info Dövlət Departamenitinin saytına istinadən bildirir ki, prezident Bayden bu təyinatla bağlı fərman imzalayıb.

Pritzkerin xüsusi elçi postna  geniş təcrübəsi, nazir kimi işi və Ukrayna və Ukrayna diasporu ilə dərin şəxsi əlaqələri səbəbindən təyin olunub.

ABŞ Dövlət Departamenti qeyd edib ki, Pritskerin əcdadları Kiyev vilayətinin Velikiye Pritski kəndində yaşayıb. İnqilabdan əvvəl onların taxıl anbarı olub. Onun əcdadı, ukraynalı yəhudi Yakob Pritzker (1831−1896) Kiyevdəki yəhudi qırğınlarına görə ABŞ-a mühacirət edib.

Onun övladları məşhur Hyatt otellər şəbəkəsini qurublar.
Pritzker 2013-2017-ci illərdə ABŞ-ın ticarət naziri vəzifəsində çalışıb. “The New York Times” qeyd edir ki, o, prezident Barak Obamanın karyerasında mühüm rol oynayıb, onun seçki kampaniyaları üçün yüz milyonlarla dollar tapmaq üçün əlaqələrindən istifadə edib.

“Forbes”in məlumatına görə, Pritzkerin sərvəti 3,3 milyard dollar, bütün ailəsinin sərvəti isə 32,5 milyard dollardır. Ailə ABŞ-ın ən zəngin ailələri arasında doqquzuncu yerdədir və Demokratik Partiyadakı nüfuzu ilə tanınır. Digər ailə üzvü Cey Pritzker 2019-cu ildə İllinoys ştatının qubernatoru oldu.

Azpost.info

Əvvəlki məqalə

ABŞ Rusiyanın taxıl sazişinə qayıdacağına ümid edir

Sonrakı məqalə

Azərbaycan neftinin qiyməti bu il ilk dəfə 100 dolları ötüb