Prezidentliyə namizəd, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli bildirib ki, Co Bayden seçilərsə, ikinci müddətinin sonuna qədər yaşaya bilməyəcək.
Azpost.info xəbər verir ki, o, bunu “Fox News”a müsahibəsində deyib.
Heyli hesab edir ki, Baydenə səs verməklə insanlar prezident kimi Kamala Harrisi görmək istədiklərini etiraf etməlidirlər: “Baydenə səs versəniz, deməli, prezident kimi Harrisi nəzərdə tutursunuz. Çünki Baydenin 86 yaşına qədər yaşayacağı az ehtimal olunur”.
Azpost.info