Bayden G20 sammiti çərçivəsində Rişi Sunakla görüşüb- Ağ Ev məlumat yaydı

ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Rişi Sunak İndoneziyada keçirilən G20 sammiti çərçivəsində görüşüb.

Azpost.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, liderlər Ukraynadakı vəziyyəti, Çindən gələn çağırışları və Polşadakı partlayışı müzakirə ediblər: “Onlar Polşanın şərqində baş vermiş partlayışı müzakirə ediblər. Və Polşada davam edən təhqiqata tam dəstəklərini bildiriblər. Bayden və Sunak Çindən gələn çağırışları və iqlim böhranını aradan qaldırmaq üçün səyləri artırmaq zərurətinə də toxunublar”.

Rusiyanın Ukraynaya raket zərbələrini müzakirə edərkən liderlər Kiyevi qətiyyətli şəkildə dəstəklədiklərini bəyan ediblər.

Azpost.info

Əvvəlki məqalə

Bu tibb işçilərinin maaşları artırılıb –

Sonrakı məqalə

“ABŞ və Ukrayna Polşadakı raket insidentini araşdırır”