Bayden G20 sammitinin ilk iclasına yarım saat gec gəlib

ABŞ Prezidenti Co Bayden G20 sammitinin keçiriləcəyi yerə yarım saat gec gəlib.

TASS-ın verdiyi məlumata görə, yerli vaxtla saat 09:30-da (Bakı vaxtı ilə 05:30) ərzaq və enerji təhlükəsizliyi üzrə birinci sessiya başlamalı idi.
Amerika liderinin gecikməsi səbəbindən sessiya 30 dəqiqə sonra başlamalı olub.

Qeyd olunur ki, sammitin bütün iştirakçıları Baydeni zalda gözləmək məcburiyyətində qalıblar.

Əvvəlki məqalə

“Kurtlar Vadisi” geri qayıdır –

Sonrakı məqalə

“Müharibəni dayandırmağın zamanı çatıb” –