“Co Bayden heç vaxt Rusiya prezidenti Vladimir Putin qədər dəstək qazanmayıb. ABŞ liderini çətin seçkilər gözləyir və diqqətini seçkilərə yönəltməlidir”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Baydenin Putini diktator adlandırmasını şərh edərkən deyib.
“Siyasətçi kimi bütün karyerası ərzində Bayden heç vaxt prezident Putin qədər dəstək qazanmayıb. O, yəqin ki, buna can atmalıdır. Onu çox çətin seçkilər gözləyir. Başa düşürük ki, Birləşmiş Ştatlar indi seçki platformasını arzuolunmaz rəqiblərdən fəal şəkildə “təmizləyir”. Bizim öz qayğılarımız var, onlarla məşğul olacağıq”, – Peskov bildirib.
Azpost.info