Bayden Konqresdən əlavə 13 milyard dollar istəyir- Ukraynaya dəstək üçün

ABŞ prezidenti Co Bayden Konqresdən ən azı 25 milyard dollar məbləğində əlavə maliyyə istəmək niyyətindədir ki, bunun bir hissəsi Ukraynaya hərbi yardıma gedəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” Ağ Evin planları ilə tanış olan mənbəyə istinadən yazır.

Birbaşa müdafiə üçün, o cümlədən Kiyevi silahla təmin etmək üçün 13 milyard dollar, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün isə daha 12 milyard dollar tələb edilməsi planlaşdırılır.

Mənbə əlavə edib ki, bu vəsait büdcə məhdudiyyətlərinə məruz qalmayacaq.

2022-ci ilin dekabrında Konqres Ukraynaya 45 milyard dollar yardım ayırmağa qərar verdi. Bu vəsait cari maliyyə ilinin sonuna qədər kifayət etməli idi.

Azpost.info

Əvvəlki məqalə

Ölkəyə qanunsuz yollarla 91 kq narkotik gətirən daha iki nəfər tutulub

Sonrakı məqalə

Rusiyadan Azərbaycana quş ətinin idxalına məhdudiyyət qoyuldu