ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cill bazar günü nəvələri Natalinin “son zəng” mərasimində iştirak ediblər.
Azpost.info bildirir ki, bu barədə Ağ Evdən bildirib.
Natali prezidentin mərhum oğlu Boun qızıdır. O, Middlaundakı Müqəddəs Endrü Məktəbində oxuyur. Payızda Pensilvaniya Universitetində oxuyacaq.
Mərhum Bo Bayden də Pensilvaniya Universitetini bitirib.
Natalinin bitirdiyi özəl Yepiskop məktəbi
Mərhum Robin Uilyamsın baş rolda oynadığı, 1989-cu ildə çəkilmiş “Ölü Şairlər Cəmiyyəti” filmindən bəzi səhnələr Natalinin bitirdiyi özəl Yepiskop məktəbində çəkilib.
Azpost.info