Bayden Polşaya gedir- Ukraynaya təcavüzün ildönümü ilə bağlı çıxış edəcək

ABŞ prezidenti Co Bayden fevralın 20-22-də Polşada işgüzar səfərdə olacaq.

Azpost.info xəbər verir ki,bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

O qeyd edib ki, səfər zamanı Polşa prezidenti Anjey Duda və regionun digər ölkələrinin rəhbərləri ilə görüş planlaşdırılır.

Bayden həmçinin Rusiyanın Ukraynaya təcavüzünün ildönümü ilə bağlı çıxış edəcək.

“Bayden il boyu Ukraynaya dəstəklə bağlı beynəlxalq ictimaiyyətin qətiyyəti və birliyinin vacibliyindən danışmaq istəyir. Biz bilirik ki, növbəti həftələr və aylar çətin və kritik olacaq. Ona görə də ABŞ Ukraynaya dəstəyini davam etdirəcək”, – Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.

Azpost.info

Əvvəlki məqalə

ABŞ Alyaska üzərində uçan naməlum obyekti “F-22” qırıcısı ilə vurdu

Sonrakı məqalə

İnsult keçirən Xalq artisti Nisə Qasımovanın səhhəti yaxşılaşır