Bayden Putinin G20 sammitində iştirakdan imtinasını şərh edib

ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinin G20 sammitində iştirakdan imtina etməsi ilə bağlı məlumatlandırıldığını bildirib.

Azpost.info xəbər verir ki, Bayden Ukraynadakı hərbi münaqişəni sammitdəki digər dövlət başçıları ilə müzakirə etməyə hazır olduğunu deyib.

“G20 sammitinə gedirəm. Mənə dedilər ki, prezident Putin orada olmayacaq, amma başqa dünya liderləri olacaq. Növbəti addımların nə ola biləcəyini görmək imkanımız olacaq”, – Bayden jurnalistlərə müsahibəsində bildirib.

Azpost.info

Əvvəlki məqalə

Azad edilmiş ərazilərdə işləyən sahibkarlar 10 il vergilərdən azad olunacaq –

Sonrakı məqalə

“Si Cinpinin G20 sammitində iştirakı hələ təsdiq edilməyib”