Bayden Putinlə görüşmək üçün şərtini açıqladı

ABŞ prezidenti Bayden bəyan edib ki, onun yaxın vaxt üçün planlarında Rusiya prezidenti Putinlə fərdi görüş nəzərdə tutulmur. 

Azpost.info bildirir ki, Bayden bu barədə Fransa prezidenti Makronla görüşündən sonra verdiyi açıqlamada bildirib.

Baydenin sözlərinə görə, bu təmaslar NATO ilə məsləhətləşmələr şərti ilə baş tuta bilər. Amma Vaşinqton tərəfindən müstəqil şəkildə görüş olmayacaq. Bununla yanaşı ABŞ prezidenti bildirib ki, Rusiya Ukraynada münaqişəni başa çatrımaq barədə qərar qəbul edəcəyi təqdirdə Putinlə görüşə hazırdır. “Əgər Rusiya hakimiyyəti həqiqətən münaqişəyə son soymaq imkanlarını tapmaqda maraqlıdırsa Putinlə görüşməyə hazıram. Hələki bunu görmürəm”-deyə Bayden vurğulayıb.

Bayden Makronla verdiyi birgə Bəyanatda Ukraynaya hərtərfli yardımın davam edəcəklərini bildirib.

Azpost.info

 

Əvvəlki məqalə

“Ukraynaya nə qədər lazımdır yardım olunacaq” –

Sonrakı məqalə

Almaniya dünya çempionatıın tərk etdi –