Bayden seçkiqabağı kampaniya üçün rəhbər təyin edib

Ağ Evin yüksəkvəzifəli məmuru Culi Çaves Rodriges Cozef Baydenin 2024-cü ildə yenidən ABŞ prezidenti seçilməsi üçün onun seçkiqabağı kampaniyasına rəhbərlik edəcək.

Bu barədə “CBS News” məlumat yayıb. Qeyd olunur ki, Çaves Rodriges hazırda prezidentin baş müşaviri və köməkçisi, habelə Ağ Evin Hökumətlərarası əlaqələr idarəsinin direktorudur. O, leyboristlərin lideri və vətəndaş hüquqları müdafiəçisi Sezar Çavesin nəvəsidir.

Əvvəlki məqalə

Qazaxıstan 4 günlük iş həftəsinə keçir

Sonrakı məqalə

Yeni Zelandiyada 7,3 bal gücündə zəlzələ baş verib