“ABŞ prezidenti Co Bayden Çin lideri Si Cinpin haqqında verdiyi açıqlamalardan sonra diplomatik etiket normalarını pozub”.
Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib.
“ABŞ tərəfinin bu cür bəyanatları son dərəcə məsuliyyətsizdir, həm də diplomatik etiketin əsas normalarını pozur”, – Nin deyib.
XİN rəsmisi Baydenin sözlərinə qəti etirazını bildirib.
Qeyd edək ki, Co Bayden Çin lideri Si Cinpini Rusiyaya dəstək verəcəyi təqdirdə Qərb investisiyalarını itirməklə hədələyib. Bayden həmçinin bildirib ki, Si Cinpinin böyük problemləri var. “İqtisadiyyatda işləri o qədər də yaxşı getmir”, – Bayden deyib.
Azpost.info