Bayden Trampı yenə sancdı:“COVİD-dən əvvəl mikrob infeksiyası yayılmışdı”

ABŞ prezidenti Bayden Ağ Evdə jurnalistlər üçün ənənəvi şam yeməyi zamanı sabiq həmkarı Donald Trampın ünvanına növbəti dəfə daş atıb.

Azpost.info bildirir ki, Bayden 6 ildən bəri keçirilməyən bu ənənəvi şam yeməyi mərasimini bərpa edib. Vaşinqtonda keçirilən toplantıda 2 min 600 nəfər iştirak edib.

Son altı ildə bu şam yeməyi mərasimi ya keçirilməyib, yaxud da əvvəlki prezident bunu rədd edib.

Bayden bu baxımdan Trampı sancıb. “Aydındır ki, bu şam yeməyi mərasimi nə üçün keçirilməyib. Bizdə dəhşətli bir mikrob infeksiyası var idi, daha sonra iki il də koronavirus oldu”- deyə Bayden sabiq prezidenti ələ salıb.

Bayden deyib ki, KİV-in əsas personajı olaraq ikinci müddət üçün də Ağ Evdə qalmaq niyyətindədir.

Bayden Ukraynada həlak olan jurnalistlərin xatirəsini yad edib və söz azadlığı şərəfinə badə qaldırıb.

KİV-lə şam yeməyi ənənəsinin əsasını 1924-cü ildə prezident Kelvin Kulic qoyub. O vaxtdan bəri Ağ Evin KİV Assosiyasiyası bu mərasimləri təşkil edir.

Azpost.info

Əvvəlki məqalə

May ayında hava necə olacaq? –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu