ABŞ prezidenti Co Bayden Rusiyanın G20-dən çıxarılmayacağı təqdirdə Ukraynaya bu iclasda iştirak etmək imkanı verilməsini təklif edib.
Azpost.info bildirir ki, Bayden bu barədə bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Əgər İndoneziya və digərləri Rusiyanın G20-dən çıxarılması ideyası ilə razılaşmasalar, məncə, Ukraynadan G20-nin iclaslarında müşahidəçi qismində iştirakını xahiş etməliyik”-deyə o, bildirib.