Bayden Ukraynaya 800 milyonluq hərbi yardım paketi ayırdı –DETALLAR

ABŞ prezidenti Co Bayden Ukraynaya ümumi məbləği 800 milyon dollar olan əlavə hərbi yardım paketinin ayrıldığını açıqlayıb.

Azpost.info xəbər verir ki, Bayden bu barədə Ağ Evdə bugünkü çıxışı zamanı danışıb. “Bu gün mən Ukraynanın şərqdə, Donbasda döyüş qabiliyyətini gücləndirmək üçün Kiyevə daha 800 milyon dollarlıq yardım paketini elan edirəm”, – ABŞ lideri deyib.

Onun sözlərinə görə, yeni yardım paketinə ağır artilleriya, onun üçün döyüş sursatları və taktiki pilotsuz uçuş aparatları daxildir. Beləliklə, Rusiya işğalı başlayandan bəri Vaşinqtonun Ukraynaya göstərdiyi ümumi hərbi yardım 3 milyard dolları keçmiş olur. “Gələn həftə mən Konqresdən Ukraynaya fasiləsiz silah tədarükünü təmin etmək üçün büdcəyə dəyişiklik etməyi xahiş edəcəm”, – Bayden əlavə edib.

O, Ukraynaya 500 milyon dollarlıq əlavə maliyyə yardımı ayrılacağını da açıqlayıb. Bu vəsait birbaşa ölkə büdcəsinə daxil olacaq: “Ukrayna hökumətinə əlavə 500 milyon dollar birbaşa iqtisadi yardım göstərməyə hazırıq. Son iki ayda iqtisadi yardımın ümumi həcmi 1 milyard dollara çatıb”.

Azpost.info

Əvvəlki məqalə

“Mülki əhalinin Mariupoldan çıxmasını təmin edin” –

Sonrakı məqalə

Rusiya ABŞ vitse-prezidentinə və Zukerberqə sanksiya tətbiq edib