Bayden Ukraynaya lend-liz haqqında qanunu imzalayıb

ABŞ Prezidenti Co Bayden Kiyevə hərbi yardımın göstərilməsini sadələşdirmək məqsədilə Ukraynaya lend-liz müqaviləsi ilə silah tədarükü haqqında qanun imzalayıb.

Bu barədə Ağ Evin mətbuat katibinin köməkçisi Angela Peres “Twitter“ səhifəsində məlumat verib.

O, Baydenin sənədi imzaladığını əks etdirən fotoşəkilini əlavə edərək, “Ukraynanın 2022-ci il Demokratiyasını Müdafiə etmək üçün İcarəyə Vermə Aktı imzalandı” sözlərini yazıb.

İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə SSRİ-yə dəstək üçün qəbul olunmuş yardım proqramı 81 il sonra bu dəfə SSRİ-nin varisi olan dövlətə qarşı tətbiq olunub. İmzalanmanın 9 mayda baş verməsi Rusiyaya və dünyaya önəmli mesajdır.
Bayden Ukraynaya 33 milyard dollarlıq yardım (20 milyardı hərbi məqsədlə) ayrılması üçün Konqresə müraciət etmişdi. Konqresdəki demokrat çoxluq isə bu məbləğin 40 milyard dollara yüksəldilməsini təklif edib. Nümayəndələr Palatasında sabah məsələyə baxılacağı gözlənilir.
Əvvəlki məqalə

Heydər Əliyev Gəncədə İmamzadənin dağıdılmasının qarşısını necə alıb? –

Sonrakı məqalə

Yaponiya Rusiyanın baş nazirinə sanksiya tətbiq edib