ABŞ prezidenti Bayden Ukraynaya 200 milyon dollar müdafiə yardımı ayrılması barədə memorandum imzalayıb.
Azpost.info bildirir ki, bu barədə Ağ Evdən açıqlama verilib.
Sənəddə qeyd olunur ki, memorandum dövlət katibinə ünvanlanıb. Blinken xarici dövlətlərə yardım haqqında qanun çərçivəsində yardımı Ukraynaya çatdırmalıdır.
Məbləğ ABŞ Müdafiə Nazirliyinin büdcəsindən ayrılacaq.