Bayden və Çin rəhbəri Bali adasında görüşəcək

Balidə ABŞ Prezidenti Bayden və Çin sədri Si Sinpin arasında görüş noyabrın 14-də baş tutacaq. 

Azpost.info bildirir ki, bu barədə Ağ Evdən məlumat verilib. Liderlər iki dövlət arasında əlaqələrin dərinləşdirilməsi üçün təmasları gücləndirmək yollarını, həmçinin maraqların üst-üstə düşdüyü sahələrdə birgə işi müzakirə edəcəklər.

Bayden və Si Sinpin regional və qlobal məsələləri də müzakirəyə çıxaracaq.

 

 

Əvvəlki məqalə

Meyxanaçı Rəşad Dağlı məhkəməyə gətirilib

Sonrakı məqalə

Rəşad Dağlı barədə həbs qərarı verildi