Baydeni ölümlə hədələyən şəxs öldürülüb

Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları ABŞ prezidenti Co Baydeni ölümlə hədələyən şəxsi zərərsizləşdirib.

“Figaro” nəşrinin məlumatına görə, hadisə prezidentin Yuta ştatına səfərindən bir neçə saat əvvəl baş verib.

Sabiq prezident Donald Trampın tərəfdarı kimi tanınan şəxs aylardır Baydeni sosial şəbəkədə təhdid edirdi. Sonuncu paylaşımında isə o, “prezidenti öldürmək vaxtı gəlib. Əvvəl Co, sonra Kamala” yazıb.

Hadisənin təfərrüatı açıqlanmır.

Əvvəlki məqalə

Hikmət Hacıyev sabiq Baş prokurorun məqaləsini qərəzli adlandırıb

Sonrakı məqalə

Yuli Qusman Rusiyanı tərk edib