Baydenin həyat yoldaşı ukraynalı qaçqınlarla görüşüb –FOTO

ABŞ-ın birinci xanımı Cil Bayden bu gün Rumıniyada ukraynalı qaçqınlarla görüşüb.

Azpost.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Cil Bayden Rumıniyanın birinci xanımı Karmen Yohannisin müşayiəti ilə Buxarestdəki ukraynalı qaçqınların oxuduğu məktəbə baş çəkib. “Çox təsirli idi, elə deyilmi? Balaca qız atası ilə olmaq istədiyini söylədi. Sonra digəri dedi ki, evə getmək istəyir. Bu uşaqlar həqiqətən də yaralanıblar. Düşünürəm ki, ukraynalılar həqiqətən də bizim onlarla olduğumuzu bilirlər”, – xanım Bayden jurnalistlərə deyib.

ABŞ-ın birinci xanımı Rumıniya hökuməti və yardım təşkilatlarının ukraynalı qaçqınlara göstərdikləri geniş humanitar xidmətləri yüksək qiymətləndirib. Məlumata görə, hər gün Ukraynadan Rumıniyaya 7 minə yaxın qaçqın gəlir. Hazırda Rumıniyada 900 minə yaxın ukraynalı qaçqın var.

Azpost.info

Əvvəlki məqalə

İran parlamentinin spikeri Azərbaycana səfər edəcək

Sonrakı məqalə

Vergi Xidməti 4 ay ərzində 5 milyard manat vergi yığıb –