BDU ABŞ Kəşfiyyat İdarəsinin məxfi sənədlərində –

Universitetlə bağlı hansı məlumatlar toplanıb? (FOTO)
24 Noyabr 2021 - 18:04

Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin üzərindən məxfilik qrifi götürülmüş  sənədlər qovluğunda 50 illik bir dövrdə toplanmış informasiyalar yığılıb. Bu qovluqların içində Azərbaycanla bağlı da minlərlə informasiya var.

Azpost.info bildirir ki, 1955-86-cı illəri əhatə edən kəşfiyyat sənədlərində Azərbaycanın o dövrdəki  siyasi-iqtisadi həyatına dair informasiyalar yer alır. MKİ agentləri tərəfindən ötürülən bu informasiyalarda  SSRİ-nin bu strateji məkanı haqqında ətraflı və detallı bilgilər verilib.

ABŞ Kəşfiyyatı əsasən Bakının neft zavodları, SSRİ-nin burada olan hərbi hissələri və Xəzər dənizində mövcud olan hərbi obyektlər barədə məlumat toplayıb. Bununla yanaşı, Azərbaycan SSRİ-nin ictimai həyatı da ciddi şəkildə izlənilib.

MKİ agentləri  Azərbaycan Dövlət Unversiteti (indiki BDU) ilə də bağlı informasiyalar toplayıb. 22 may 1959-cu ilə aid olan məxfi sənəddə ADU-da fəaliyyət göstərən fakültələr, onlara rəhbərlik edən professor-müəllim heyəti adlarla qeyd olunub. MKİ kəşfiyyatçıları ADU-da  Elmlər Akademiyasının prezidenti, məşhur alim Yusif Məmmədəliyevin rektor olduğunu yazıblar. Bundan başqa, MKİ-nin Azərbaycan SSR-də işləyən agentləri ADU-nun müəllimlərinin də adlarını ABŞ-a göndəriblər.

Sənədləri araşdırarkən məlum olur ki, ABŞ kəşfiyyatı Azərbaycanda maksimum dərəcədə informasiya toplaya bilib.

ADU ilə bağlı Mki-nin arxivində oaln həmin məxfi sənədlərin fotosurətin oxuculara təqdim edirik.