Belarus hökuməti respublika rəhbərliyinə və ya onun iqtisadiyyatına qarşı sanksiyalar tətbiq edən dost olmayan dövlətlərin siyahısını təsdiqləyib.
Azpost.info xəbər verir ki, Nazirlər Kabinetinin siyahısına istisnasız olaraq bütün Avropa İttifaqı ölkələri, Avstraliya, Albaniya, Böyük Britaniya, İslandiya, Kanada, Lixtenşteyn, Yeni Zelandiya, Norveç, Şimali Makedoniya, ABŞ, Monteneqro və İsveçrə daxildir.
Ukrayna bu siyahıya daxil edilməyib.
Azpost.info