Belarus ordusunda döyüş hazırlığının qəfil yoxlanılmasına başlanılıb

Belarus Silahlı Qüvvələrində döyüş hazırlığının qəfil yoxlanılmasına başlanılıb.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Prezident Aleksandr Lukaşenkonun göstərişi ilə başlayan tədbirlər Təhlükəsizlik Şurasının Dövlət katibliyinin rəhbərliyi altında keçiriləcək.

Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər ki, tədbirlər kompleks xarakter daşıyacaq. Qoşunlar qısa müddətdə təyin olunmuş ərazilərə irəliləməli, təhlükəsizliyi və müdafiəni təşkil etməli, həmçinin Neman və Berezina çayları üzərində körpü keçidləri tikməli olacaqlar.

Yoxlama çərçivəsində texnika və şəxsi heyət hərəkətə keçəcək. Tədbirlər müəyyən ümumi istifadədə olan avtomobil yollarında vətəndaşların hərəkətinin məhdudlaşdırılmasını nəzərdə tutur.

Azpost.info

Əvvəlki məqalə

70 qadın məscidlərdə dini ayin icraçısı olmaq üçün müraciət edib

Sonrakı məqalə

“Dərman öz qiymətindən 7-8 dəfə necə baha ola bilər?” –