Belarus Polşanın ittihamlarını rədd etdi- Müdafiə Nazirliyindən açıqlama

Belarus hökuməti Polşanın sərhəddə insidentlə bağlı ittihamlarını rədd edib.

Azpost.info xəbər verir ki, Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb.

“Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Mi-24 və Mi-8 helikopterlərinin Polşa sərhədini pozması ilə bağlı ittihamlar uydurmadır. Bunlar Polşa hərbi-siyasi rəhbərliyi tərəfindən qüvvələrin artırılmasına haqq qazandırmaq üçün irəli sürülüb”, – açıqlamada deyilir.

Qeyd edək ki, avqustun 1-də sərhəd yaxınlığında təlimlər keçirən iki Belarus helikopteri Polşanın hava məkanını pozub.

Azpost.info

Əvvəlki məqalə

Borclunun banklardakı hesabına və saxlancdakı əmlakına həbs qoyula biləcək

Sonrakı məqalə

Bakıda qardaş bacısını yumruqla öldürüb