“Rusiyadan təhlükəsizlik zəmanəti istəyirik”- LUKAŞENKO

“Minsk respublikaya hücum olacağı təqdirdə təhlükəsizlik zəmanətinə ehtiyac duyur”.

Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.

Lukaşenko bu məsələni Rusiya prezidenti Vladimir Putinlə də müzakirə etdiyini bildirib: “Bütün istiqamətlərdə dəstəklədi. İkitərəfli müqavilələrə yenidən baxılmasını və Belarusun tam təhlükəsizliyini təmin etmək üçün dövlətlərarası normativ hüquqi aktın qəbul edilməsinə qərar verməyi təklif etdi. Danışıqlarda belə fikir səsləndi ki, Belarusa təcavüz olarsa, Rusiya ölkəmizi öz ərazisi kimi müdafiə edəcək. Bunlar bizə lazım olan təhlükəsizlik zəmanətləridir”.

Belarus prezidenti hesab edir ki, Qərb ölkələri Budapeşt Memorandumu çərçivəsində əldə edilmiş razılaşma və sazişləri tapdalayıb.

1994-cü il dekabrın 5-də Böyük Britaniya, Rusiya, ABŞ və Ukrayna tərəfindən imzalanmış Budapeşt Memorandumu Kiyevin nüvə silahından imtinası müqabilində Ukraynanın təhlükəsizliyi və ərazi bütövlüyünə zəmanət verirdi. Müqavilənin müddəaları Belarus və Qazaxıstana da təsir etdi və kütləvi qırğın silahlarından imtina etmiş dövlətlərə təhlükəsizlik, suverenlik zəmanəti verdi.

Azpost.info

Əvvəlki məqalə

“Hərbi əməliyyatı tənqid edən sənətçilərin konsertləri ləğv edilsin!”

Sonrakı məqalə

“Azərbaycan və Qazaxıstan bir-birinə qardaşcasına münasibət bəsləyirlər”