“Vaqner” özəl hərbi şirkətinin Belarusa “köçürülməsi” ilə bağlı razılaşmaya baxmayaraq, ölkəyə Yevgeni Priqojinin çox az sayda muzdlusu gəlib.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq “Politico” nəşrinə müsahibəsində deyib.
“Biz “Vaqner” qüvvələrinin yerləşdirilməsi üçün bəzi hazırlıqları müşahidə etdik. Onların çoxunu hələ görməmişik. Təbii ki, biz Belarusda baş verənləri diqqətlə izləyirik”, – Stoltenberq bildirib.
NATO baş katibinin sözlərinə görə, “Vaqner” muzdluları Afrikada fəaliyyətini davam etdirir. Eyni zamanda, yaraqlıların bəziləri “Ukraynadadır, lakin cəbhə xəttində deyil”.
Bundan əlavə, Stoltenberq son hadisələrin “Vaqner” üçün nəticələri ilə bağlı yekun nəticə çıxarmağın hələ tez olduğunu bildirib. (APA)