Belarus parlamenti cinayət məcəlləsinə düzəlişlər paketini birinci oxunuşda təsdiqləyib.
Azpost.info xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti bildirib.
Sənəd ölkənin silahlı qüvvələrini nüfuzdan salan yalan məlumatların yayılmasına görə məsuliyyətin tətbiqini nəzərdə tutur. Analoji qayda Rusiyada martın əvvəlindən qüvvədədir.
Belarusun siyasi, iqtisadi, sosial, hərbi və ya beynəlxalq vəziyyəti haqqında bilərəkdən yalan məlumat yaymağa görə həbs və 4 ilədək müddətə azadlıqdan məhrumetmə şəklində cəza nəzərdə tutur.
“Belə bir hüquqi normanın tətbiqi Belarus ordusu və digər güc strukturları haqqında bilərəkdən yalan və həqiqətə uyğun olmayan məlumatların yayılması üçün effektiv qabaqlayıcı tədbir olacaq”, – Belarus parlamenti hesab edir.
Azpost.info