Belarusda raket batalyonunun qəfil hazırlığına başlanılıb

Belarusda cavab qüvvələrinin hazırlığının qəfil yoxlanılmasına başlanılıb.

Azpost.info xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

“Tapşırıqların yerinə yetirilməsinə hazırlığın yoxlanılması məqsədilə Belarus Silahlı Qüvvələrinin 465-ci raket briqadasının bir raket batalyonu daimi dislokasiya məntəqəsindən təyinat rayonuna hərəkət edir”, – məlumatda bildirilir.

“Belta” yazır ki, yoxlamaya cəlb olunan qüvvələrin tərkibi tədricən artırılacaq. O da qeyd olunur ki, bu yoxlama Avropa və qonşu ölkələr üçün heç bir təhlükə törətməyəcək.

Azpost.info

Əvvəlki məqalə

SSRİ-ni dağıdan sazişi imzalamış sabiq prezident vəfat etdi

Sonrakı məqalə

Müxalifət fəalları İrəvanda Kiyev körpüsünü bağlayıblar