Belaruslu miqrantlar Polşa ilə sərhəddə hasarı dağıtmağa cəhd ediblər.
Bu barədə ölkənin sərhəd xidməti məlumat yayıb.
Məlumata görə, onlar sərhədçilərə daş, kərpic və ağac budaqları atıblar. Sərhədçi hücum anının videosunu da yayıb.
Bundan əvvəl Polşa hərbçiləri Belarus ərazisindən bir qrup qeyri-leqal miqrantın sərhədi keçməsinin qarşısını alıblar.
Ümumilikdə 40 nəfər keçməyə çalışıb. Onlardan birinin əlində bıçaq olub, digərləri isə daş atırmışlar.
Azpost.info