Belarus prezidenti Aleksandr Lukaşenko xaricdə yaşayan vətəndaşlara diplomatik nümayəndəliklərdə pasport verilməsini qadağan edən fərman imzalayıb.
Azpost.info xəbər verir ki, yeni qaydalara əsasən, indi vətəndaşlar pasportları sadəcə ölkə ərazisində əldə edə və ya yeniləyə biləcəklər.
Pasportlar yaşayış yeri və ya şəxsin son qeydiyyatı üzrə daxili işlər orqanlarında verilir.
Belarus hökuməti 2008-ci ildə vətəndaşlara konsulluqlarda pasport almağa və yeniləməyə icazə verib. Bununla belə, yeni fərmanda diplomatik nümayəndəliklərin, ölkənin Xarici İşlər Nazirliyinin və konsulluq idarələrinin qeyd edilməsi istisna edilir.
Artıq xaricə pasport almaq üçün müraciət etmiş şəxslərin müraciətlərinə də eyni qaydada baxılacaq. Belarus hökumətinə imzalandığı gündən üç ay müddətində bütün normativ aktları fərmana uyğunlaşdırmaq tapşırılıb.
Azpost.info