Beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği artırılıb

Prezident İlham Əliyev “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1539; 2018, № 4, maddə 668; 2019, № 4, maddə 638) 1-ci hissəsində “55 (əlli beş)” sözləri “70 (yetmiş)” sözləri ilə əvəz edilib.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərin təqaüdü artırıldı –

Sonrakı məqalə

Tələbələrin, doktorantların və magistrantların təqaüdü artırıldı –