“Beyin üçün çiplər istehsal edən “Neuralink” şirkəti öz məhsullarını altı aydan sonra insanlar üzərində sınaqdan keçirməyə başlaya bilər”.
Azpost.info xəbər verir ki, bunu şirkətin qurucusu, amerikalı iş adamı İlon Mask təqdimat zamanı deyib.
Mask bildirib ki, şirkətin əməkdaşları müvafiq sınaqlardan – cihazı insan orqanizminə daxil etməzdən əvvəl onun düzgün işləyəcəyinə əmin olmalıdırlar.
“Biz sənədlərimizin çoxunu ABŞ-ın Qida və Dərman İdarəsinə göndərmişik və yəqin ki, təxminən altı aydan sonra “Neuralink”i insana implantasiya edə biləcəyik”, – iş adamı qeyd edib.
Azpost.info