Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu beynəlxalq təhlükəsizlik sistemində islahatlara çağırıb.
Azpost.info xəbər verir ki, XİN rəhbərinin finrincə, Ukraynadakı müharibə belə bir ehtiyacın olduğunu göstərir. “Beynəlxalq təhlükəsizlik sistemi, BMT-nin sistemi münaqişələri, mürəkkəb məsələləri həll etmək gücündə deyil. Ankara islahatların baş verməsini oturub gözləmək fikrində deyil”, – Çavuşoğlu bildirib.
Xarici işlər naziri əlavə edib ki, Türkiyə bütün qonşularının ərazi bütövlüyünü dəstəkləyir: “Türkiyənin mövqeyi ədalətli və balanslı yanaşmaya əsaslanır”.
Azpost.indo