Biləsuvarda 1 yaşlı övladını öldürən qadının məhkəməsi başlayır

Biləsuvarda 1 yaşlı övladını su kanalına ataraq öldürməkdə təqsirləndirilən Gülər İmanzadə nin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cəlil Nəbiyevin icraatına verilib

Qeyd edək ki, hadisə bu il rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan, 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Polad İmanzadəni su kanalına atıb. Nəticədə uşaq suda boğulub.
G.İmanzadə tutularaq istintaqa təhvil verilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qarabağ” UEFA reytinqində 7 pillə irəliləyib

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri