“Bir dənə olsun, qanunsuz tikiliyə icazə vermədim” - Zəlzələ bölgəsində zərər görməyən yeganə rayonun bələdiyyə sədri

Türkiyədə baş verən dağıdıcə zəlzələ nəticəsində Hatay bölgəsinin təxminən 80 faizi xarabalığa çevirilib. Fəlakət bölgəsində zərər görməyən, heç bir dağıntının və tələfatın olmadığı yeganə yer Erzindir. Erzin zəlzələdən zərər görən 10 əsas şəhərdən biri olan Osmaniyeden cəmi 15-20 km uzaqlıqda yerləşir.

Azpost.info xəbər verir ki, rayonun bələdiyyə sədri Ökkeş Elmasoğlu Tv 5 kanalına müsahibəsində məsələyə belə aydınlıq gətirib: “Heç bir halda qanunsuz tikiliyə icazə verməmişəm. Hərdən əsəbiləşib deyirdilər ki, ölkədə səndən başqa düzgün adam yoxdur? Daha doğrusu, seçiləndən üç ay sonra bir uzaq qohumumuz gəlib dedi ki, qanunsuz tikintiyə görə cəzalandırıldıq. Dedim ki, edə biləcəyim bir şey yoxdur. “Türkiyədə yeganə dogrusu sənsən?”, dedi. Bu sözləri öz qulağımla eşitdim”.

Ökkeş Elmasoğlu zəlzələ bitəndən sonra rayonu başdan-ayağa gəzdiklərini, hər hansı can və mal itkisinin yaşanmadığına şahid olduqlarını deyib: “Öz adıma deyim, vicdanım çox rahatdır. Qanunsuz tikiliyə icazə vermədik. Təbii ki, icazə verməsən də, bir yol tapıb qanunsuz tikinti aparanlar var. Yüz faiz dayandıra bilməsəniz də, müəyyən mərhələdə bunu edə bilərsiniz. Ən azından hər hansı məsuliyyət hiss etmirəm. Belə bir şeyə göz yuma bilməzdim. Buna görə çox adamla pis olduq. Bir vətəndaşımız zəlzələdən 3-5 gün əvvəl salam verdi. Gördüm ki, bir az sıxıntılı görünür. “Xeyr ola, nəsə olub?”, – soruşdum. Dedi ki, mənim binama icazə vermədin, amma filan-filan yerlərdə tikilib. Dedim ki, heç kimə icazə verməmişəm. Bu gün Erzin üçün sevinirik. Amma təbii ki, bütün bu ölümlərə görə sevincimiz yarımçıq qaldı…”.

Azpost.info

Əvvəlki məqalə

Ölkədə 15 yeni yoluxma qeydə alınıb

Sonrakı məqalə

Türkiyədə zəlzələdə ölənlərin sayı 20 937 nəfərə çatıb