Birinci Qarabağ müharibəsinin veteranlarına 67 milyon manat sığorta pulu ayrılıb

05 Noyabr 2021 - 18:56

Gələn il dövlət büdcəsində Birinci Qarabağ müharibəsində xəsarət almış, lakin sığorta məbləğini almamış hərbi qulluqçulara və onların varislərinə vəsait ayrılıb.

Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin layihəsi”ndə əksini tapıb.

Layihəyə əsasən, Birinci Qarabağ müharibəsində xəsarət almış, lakin sığorta məbləğini almamış hərbi qulluqçulara və onların varislərinə sığorta məbləğinin ödənilməsi üzrə qəbul edilmiş öhdəliklərin mərhələli şəkildə qarşılanması üçün 2022-ci ilin dövlət büdcəsinin xərclərində 67 milyon manat vəsait nəzərdə tutulub.