“KTMT-yə üzv dövlətlərin sürətli birliyi olmasa, biz sabah mövcud olmaya bilərik”.
Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-nin bu gün Moskvada keçirilən sammiti zamanı deyib.
”Ölkələrimizin sürətli birliyi baş verməsə, siyasi, iqtisadi, hərbi əlaqələri gücləndirməsək, sabah mövcud olmaya bilərik. Bizə dost olmayanlar və əleyhdarlarımız müttəfiqlik əlaqələrinin dayaqlarını sistemli şəkildə boşaldırlar. Bu mənada, Qərbə qismən özümüz kömək edirik. Əminəm ki, biz dərhal vahid cəbhə kimi çıxış etsəydik, bu cəhənnəm sanksiyaları olmayacaqdı”, – Lukaşenko bildirib.
Azpost.info