“Bizə yad ərazilər lazım deyil, bizdə hər şey boldur”- MEDVEDEV

“Rusiya ona nifrət edənlərə və tarixə nifrət yayanlara qarşı mübarizə aparır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Teleqram” kanalında deyib.

“Bizə nifrət edənlərə, dilimizi, dəyərlərimizi və hətta inancımızı qadağan edənlərə, Vətənimizin tarixinə nifrət aşılayanlara qarşı mübarizə aparırıq Ona görə də onlara qarşı qalxaraq müqəddəs güc əldə etmişik”, – Medvedev yazıb.

O bildirib ki, Rusiya böyük və zəngin ölkədir və başqalarının ərazilərinə ehtiyacı yoxdur: “Rusiya nəhəng və zəngin ölkədir. Bizə yad ərazilər lazım deyil, bizdə hər şey boldur. Amma bizim üçün müqəddəs olan, ata-babalarımızın yaşadığı, bu gün xalqımızın yaşadığı torpağımız var. Və bunu heç kimə verməyəcəyik. Rusiya özününküləri qoruyur və xalqı, torpağı, min illik tarixi uğrunda mübarizə aparır”.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycanda TV-lərin reytinqini ölçmək üçün şirkət yaradılıb

Sonrakı məqalə

Şolts Çin lideri görüşünü yüksək qiymətləndirib