“Bizdə heç kim rus telekanallarına baxmır, insanlar Ukraynanı dəstəkləyir”- İtaliya XİN rəhbəri

“Rusiya təbliğatı İtaliya üçün heç bir problem yaratmır, çünki bu ölkənin sakinləri Rusiya televiziyasına baxmır və Ukraynanı dəstəkləyir”.

Azpost.info xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonino Tayani deyib.

“İtalyanların 99 faizi Ukraynanı dəstəkləyir. Mənim ölkəmdə Rusiya təbliğatı yoxdur, bu problem deyil”, – XİN rəhbəri bildirib.

Nazirin sözlərinə görə, İtaliyada Rusiya telekanalları yayımlansa da, onlara baxan yoxdur: “Heç kim Rusiya televiziyasına baxmır, rus qəzetlərini oxumur”.

Tayani İtaliyanın rus oliqarxlarına, xüsusən də maliyyə sektoruna qarşı mübarizə xəttinə sadiqliyini də xatırladıb.

Azpost.info

Əvvəlki məqalə

“Facebook” və “Instagram” pullu abunəyə keçir

Sonrakı məqalə

Sabiq rektor ona cadu olunması ilə bağlı məhkəməyə müraciət edib –