Blinken ABŞ-ın Ukraynadakı əsas hədəflərini açıqladı

ABŞ dövlət katibi Entoni Blinken indiki mərhələdə Ukraynada atəşkəslə bağlı danışıqlar aparmaq üçün heç bir işarə görmür.

Azpost.info xəbər verir ki, Blinken bu barədə Fransanın “Ouest-France” qəzetinə müsahibəsində bildirib.

“Əgər atəşkəs münaqişənin dondurulmasına, Rusiyanın Ukraynada müəyyən əraziləri ələ keçirməsinin ratifikasiyasına, yenidən təşkilatlanmasına, dincəlməsinə, sonra isə yenidən hücuma keçməsinə gətirib çıxaraxacaqsa, bu, ədalətli və davamlı sülh olmaz”, – Blinken deyib.

Blinken Qərbin hazırda iki əsas hədəfinin olduğunu vurğulayıb. Bunlardan birincisi, Ukraynanın Rusiya tərəfindən ələ keçirilən ərazilərini qarşıdakı bir neçə həftə ərzində əks-hücum vasitəsilə geri qaytarmaq üçün mümkün olan hər şeyi etməkdir. İkincisi isə təcavüzün qarşısını almaq və özünü müdafiə etməsi üçün Kiyevə yardım göstərməkdir.

“Ukraynanın dağıntılardan xilas olması üçün ciddi səylər göstərilməlidir. Rusiya kursunu dəyişməyincə, Moskvaya sanksiyalar və ixrac nəzarəti vasitəsilə təzyiqi davam etdirməliyik”, – Blinken bildirib.

Azpost.info

Əvvəlki məqalə

Mərhum Nizami Süleymanovun partiyası fəaliyyətini dayandırdı

Sonrakı məqalə

Zakir Həsənov yeni tikilmiş hərbi hissə ilə tanış olub –